Bakı. Trend:
Milli Məclisin üzvü Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq MSK-dan məlumat verilib.
Bildirilib ki, yaxın günlərdə Komissiyanın iclasında bu məsələyə baxılıb, müvafiq qərar qəbul ediləcək.
***
12:13
Bakı.Trend:
Milli Məclisin üzvü Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
Trend xəbər verir ki, bu barədə millət vəkili parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verəcək.
Xatırladaq ki, R.Həsən iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən başlayacaq.