...

“CIDC 2025” festivalı çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasının qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2025 17:44 (UTC +04:00)
“CIDC 2025” festivalı çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasının qalibləri müəyyənləşib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasının qalibləri müəyyənləşib.

Trend xəbər verir ki, “RedBox” komandası birinci, “CyberCell” komandası ikinci, “Bir Sec” komandası isə üçüncü yerin sahibi olub.

Məlumat üçün bildirək ki, festivalın əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilib.

Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edib. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan komandaları yer alıb.

Qeyd edək ki, qalib komandalar 30 min manatlıq mükafat fonduna (1-ci yer 15 min, 2-ci yer 10 min, 3-cü yer 5 min) sahib olub.

Xəbər lenti

Xəbər lenti