...

Türkmənistan səfirliyi Füzulidə məscidin tikintisi ilə bağlı brifinq keçirib (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2025 18:40 (UTC +04:00)
Türkmənistan səfirliyi Füzulidə məscidin tikintisi ilə bağlı brifinq keçirib (FOTO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın Bakıdakı səfirliyinin dəstəyi ilə Füzuli şəhərində tikilən məscidin təməlqoyma mərasiminə həsr olunmuş brifinq keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Qurbamməmməd Elyasov qeyd edib ki, məscidin təməlqoyma mərasimi təkcə türk dünyası üçün deyil, həm də bütün İslam aləmi üçün əhəmiyyətli hadisədir.

“Füzulidə məscidin təməlinin qoyulması Qarabağın Azərbaycan Respublikasına aidiyyətinin bərpasını simvolizə edir. Əminəm ki, gələcəkdə bu məscid türk xalqları arasında dostluq və qardaşlığın rəmzinə çevriləcək,” – deyə səfir vurğulayıb.

Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib ki, qardaş təşəbbüslərin nəcib ənənəsi davam edir:

"Füzulidə artıq Özbəkistanın təşəbbüsü ilə tikilmiş Mirzə Uluqbek adına məktəb fəaliyyət göstərir, indi isə Türkmənistan yeni simvolik layihəni həyata keçirir".

O, əlavə edib ki, Füzuli ilə Türkmənistanın bir şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması mədəni əlaqələrin möhkəmləndirilməsi və birgə tədbirlərin təşkili üçün əlavə imkanlar yaradacaq.

Xəbər lenti

Xəbər lenti