...

“Türk Müdafiə Alyansı” vahid hərbi sisteminin qurulması təklif edilir

Cəmiyyət Materials 10 Oktyabr 2025 11:31 (UTC +04:00)
“Türk Müdafiə Alyansı” vahid hərbi sisteminin qurulması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ilk növbədə, ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir:

“Bu məqsədlə gələcəkdə “Türk Müdafiə Alyansı”nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə artan kibertəhlükələr fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək”.

Xəbər lenti

Xəbər lenti