...

TDT artıq konkret layihələrə fokuslanıb - Hakan Fidan

Siyasət Materials 10 Oktyabr 2025 19:44 (UTC +04:00)
TDT artıq konkret layihələrə fokuslanıb - Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dünyasında yeni bir həmrəylik dövrü inşa etmişik

Trend xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, üç gün əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olduğunu xatırladaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının inteqrasiyasını dərinləşdirmək istiqamətindəki iradəsini ən yüksək səviyyədə ifadə etdiyini vurğulayıb.

Nazir əlavə edib ki, bu mövqe Şimali Kipr Türk Cümhuriyyətinin də iştirakı ilə bir daha təsdiqlənib. Onun sözlərinə görə, TDT artıq institusional inkişafını böyük ölçüdə tamamlayıb, konkret layihələrə fokuslanıb, kommunikasiya istiqamətində mühüm addımlar atıb və iqtisadi əməkdaşlıq ölçüsünü daha da gücləndirib.

Fidan həmçinin Türk Dünyasında ortaq əlifbaya keçid istiqamətində atılan addımların əhəmiyyətli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti