...

ABŞ-də partlayıcı maddələr istehsalı zavodunda partlayış baş verib

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 22:03 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Tennessi ştatında hərbi zavodda partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.

Partlayış Neşvildən təxminən 60 mil cənub-qərbdə, Baksnort şəhəri yaxınlığındakı "Accurate Energetic Systems" partlayıcı maddələrinin istehsalı zavodunda baş verib.

Hamfris dairəsinin şerifi Kris Devis "Accurate Energetic Systems"də baş verən partlayışı "çox dağıdıcı" adlandırıb. Bildirilib ki, partlayış "bütün binanı əhatə edib".

Hikman dairəsinin meri Cim Beyts "ABC News"a bildirib ki, ən azı 13 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti