Bakı. Trend:
Azərbaycanda ərizə və şikayətlərə 30 yox, 10 gün ərzində cavab verilməsi təklif edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, pis cəhət odur ki, ayın 1-də məktub yazırsan, elə bil qəsdən gözləyib ayın 30-31-də cavab verirlər.
"Halbuki səbəb sadə torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, məsələ nədir və şikayətçi də rahat olsun. Seçicilərdən çoxlu tələb və xahiş eşitmişik. Camaat qalır nigaran ki, ay deputat, bir aydır, məktub göndərmişəm, niyə cavab vermirsən? Mən məcbur qalıb deyirəm ki, mən həmin məktuba cavab almamışam".