...

Bakıda “CIDC 2025” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirilib

Gündəm Materials 10 Oktyabr 2025 17:47 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirilib.

Trend xəbər verir ki, festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub.

Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb.

Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim ediblər.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilib. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edib. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan komandaları yer alıb.

Xəbər lenti

Xəbər lenti