Bakı. Trend:
Niderlandın ING bank qrupu qızıl, gümüş, alüminium və sink qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını ictimailəşdirib.
Trend xəbər verir ki, analitiklərin hesablamalarına görə, 2025-ci ildə qızılın orta illik qiyməti bir unsiya üçün 3128 ABŞ dolları, gümüşün - 39 dollar, alüminiumun - bir ton üçün 2615 dollar, sinkin isə qiyməti bir ton üçün - 2 840 dollar səviyyəsində olacaq.
Proqnoza əsasən, 2026-cı ildə qızılın orta illik qiyməti bir unsiya üçün 4150 ABŞ dollarına, gümüşün - 49,75 dollar, alüminiumun - bir ton üçün 2 738 dollar, sinkin isə - 2938 dollar səviyyəsinə çatacaq.
Xüsusilə qeyd olunur ki, cari ilin üçüncü rübündə qızılın qiymətinin bir unsiya üçün 3400 ABŞ dolları, dördüncü rübdə isə 4000 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.
Gümüşün qiymətinə gəlincə, 2025-ci ilin üçüncü rübündə bir unsiya üçün 38 dollar, dördüncü rübündə isə 49 dollar səviyyəsində olacağı gözlənilir. Alüminiumun qiymətinin cari ilin üçüncü rübündə bir ton üçün 2600 dollar, dördüncü rübdə isə 2 750 dollar olacağı proqnozlaşdırılır. Sinkin qiymətinin isə üçüncü rübdə bir ton üçün 2 780 dollar, dördüncü rübdə isə 3 000 dollar səviyyəsində olacağı bildirilir.