Düşənbə. Trend:
MDB sədrliyi çərçivəsində Tacikistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətin genişləndirilməsi üzrə işləri davam etdirib.
Trend xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB dövlət başçılarının Düşənbədə (Tacikistan) keçirilən toplantısında bildirib.
“Ortaq maraqlar və əməkdaşlığın inkişafına yönəlmiş ümumi səyləri bölüşdüyümüz dostlarımızı və tərəfdaşlarımızı qarşılamaqdan hər zaman məmnunuq. Tacikistan MDB-yə sədrliyi dövründə iştirakçı dövlətlər və icraiyyə komitəsi ilə sıx əməkdaşlıq şəraitində qarşıya qoyulmuş məqsədlərin səmərəli həyata keçirilməsi üçün kompleks fəaliyyətini davam etdirib. Sədrliyimiz dövründə onlarla tədbir keçirmişik”, - deyə o bildirib.
E. Rəhmon qeyd edib ki, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi proseslərinə xüsusi diqqət yetirilib.
“Eyni zamanda, ticari-iqtisadi qarşılıqlı fəaliyyətin genişləndirilməsi, nəqliyyat, logistika fəaliyyəti və rəqəmsal inteqrasiya sahələrində işlər davam etdirilib”,- deyə Tacikistan Prezidenti əlavə edib.