Bakı.Trend:
2002-ci ildən bugünədək prokurorluq orqanlarına qəbulla bağlı 26 müsabiqə keçirilib. Tam aşkarlıq şəraitində keçən həmin müsabiqələrdə 1259 gənc hüquqşünas prokurorluq orqanlarına daimi qulluğa qəbul edilib. Onlar da hazırda prokurorluq işçilərinin 93,2 faizini təşkil edir.
Trend xəbər verir ki, bunu Baş prokurorun müavini, 2-ci dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş sayca 27-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
"Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müxtəlif struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıblar. Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 27-ci müsabiqə həyata keçirilir. Hazırda müsabiqənin - I mərhəsi, yəni test mərhələsinin keçirilir. Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində 320 namizəd iştirak edir",-deyə o qeyd edib.