...

Finlandiya ABŞ-a buzqıran gəmi işini öyrədəcək

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 04:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Finlandiya ABŞ-ın Arktika regionunda müdafiəsini gücləndirməyə kömək edə biləcək 11 buzqıran gəminin inşası ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə iki ölkə lideri Ağ Evdə keçirilən görüş zamanı elan edib.

Müqaviləyə əsasən buzqıran gəmilərin dördü Finlandiyada, yeddisi isə ABŞ-da düzəldiləcək.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Finlandiya ABŞ-a buzqıran gəmi işini öyrədəcək.

Finlandiya Prezidenti Aleksandr Stubb Arktikanın ABŞ-ın maraqları üçün əsas strateji bölgə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti