Bakı. Trend:
“Real” müdafiənin mərkəzini gücləndirmək üçün üç namizədi müəyyən edib.
Trend xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, Madrid klubunun qısa siyahısında İbrahima Konate (“Liverpul”), Dayo Upamekano (“Bavariya”) və Mark Gehi (“Kristal Pelas”) yer alıb. Bu futbolçuların hazırkı klubları ilə müqavilələri mövsümün sonuna qədər qüvvədədir.
"Real" üçün prioritet variant Konatenin transferidir. O, hələ də “Liverpul”la yeni müqavilə imzalamağa razılıq verməyib.
Qeyd edək ki, mövsümün sonunda “Real”ın futbolçuları Antonio Rudiger və David Alabanın da müqavilə müddəti başa çatacaq.