...

ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı proqnozlarını bölüşüb

İqtisadiyyat Materials 10 Oktyabr 2025 11:11 (UTC +04:00)
ING Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı proqnozlarını bölüşüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı yenilənmiş proqnozlarını dərc edib.

Trend xəbər verir ki, qrupun analitiklərinin təxminlərinə əsasən, 2025-ci ildə inflyasiyanın illik səviyyəsi 5,5 faiz təşkil edəcək, 2026-cı ildə 5,4 faiz olacaq, 2027-ci ildə isə inflyasiyanın 8,9 faizə yüksələcəyi gözlənilir.

Rüblər üzrə bölgüyə əsasən, 2025-ci ildə aşağıdakı göstəricilərin qeydə alınacağı proqnozlaşdırılır: üçüncü rübdə inflyasiya 5%, dördüncü rübdə isə 5,3% təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi 2024-cü ilin avqust ayına nisbətən 104,9% olub. Bu göstərici ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə 106,6%, qeyri-ərzaq məhsulları üzrə 102,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 104,9% təşkil edib.

2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, yanvar-avqust ayları üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 105,6% səviyyəsində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti