...

Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar

Cəmiyyət Materials 10 Oktyabr 2025 10:30 (UTC +04:00)
Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Kamal Cəfərov oktyabrın 12-dən 18-dək Türkiyədə səfərdə olacaqlar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkilləri səfər çərçivəsində Ankara və İstanbul şəhərlərində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyində və “Sıfır Tullantı” Fondunda ikitərəfli görüşlər keçirəcəklər, həmçinin “Sıfır Tullantı” Forumunun işinə qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti