...

İnformasiya müharibəsi dövründə ekspertlərimizi qorumalıyıq - RƏY

Cəmiyyət Materials 10 Oktyabr 2025 16:42 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda zaman-zaman siyasi şəxslərə və jurnalistlərə sui-qəsd cəhdləri olub. Müxtəlif səbəblərdən – siyasi ambisiyalar, ideoloji fərqlər, dövlət çevrilişi planları və ya şəxsi düşmənçilik nəticəsində müxtəlif şəxslərə qarşı çoxsaylı sui-qəsd cəhdləri həyata keçirilib. Bəziləri uğursuz alınıb, bəziləri isə tarixin axarını dəyişib.

Jurnalist Elçin Alıoğluna qarşı da sui-qəsd hazırlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network” analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.

Mövzuyla bağlı Trend-ə açıqlama verən siyasi ekspert ilyas Hüseynov bildirib ki, ona qarşı suiqəst planının hazırlanması bir daha göstərir ki, informasiya müharibəsi dövründə biz təkcə informasiyanı deyil, media məkanımızı, ekspertlərimizi, ictimai fikir formalaşdıran ziyalılarımızı da qorumalıyıq.

Elçin Alıoğlunun məqalələri, analitik yazıları və araşdırmaları ilə tanışam. Dəfələrlə efirdə birgə iştirak etmişik. Analitik düşüncəsi, intellektual səviyyəsi və milli mövqeyi ilə o, ölkəmizin müasir dövrdə ən önəmli fikir adamlarından biridir. Mənim üçün həm də əziz həmkardır.

Siyasi eksperet həmçinin vurğulayıb ki, bu hadisə ilk hal deyil.

“Xatırladım ki, daha öncə deputat Fazil Mustafaya qarşı da bu cür çirkin hücum həyata keçirilmişdi. Ümumiyyətlə, müstəqillik dövrümüzdə və ondan əvvəlki illərdə də düşüncə adamlarına qarşı qanunsuz təzyiqlər, sui-qəsdlər baş verib”.

İ.Hüseynov əlavə edib ki, Elçin Alıoğlu daim ideoloji və hibrid müharibə kontekstində ölkəmiz əleyhinə yönəlmiş qərəzli fikirləri ifşa edib. Onun apardığı araşdırmalar fundamental və əsaslı xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti