...

ABŞ Qəzzaya qoşun göndərir

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 15:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Qəzzada atəşkəslə bağlı razılaşmanın həyata keçirilməsinin monitorinqi və lazımı dəstəyin göstərilməsi məqsədilə İsrailə 200 nəfərlik hərbi kontingent göndərir.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı İsraildə Mülki-hərbi əlaqələndirmə mərkəzi yaradacaq.

Sözügedən mərkəz müharibədən əziyyət çəkən əraziyə humanitar yardımın çatdırılması, eləcə də logistika və təhlükəsizlik sahəsinə dəstəyin göstərilməsinə vasitəçilik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti