...

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edir (FOTO)

Siyasət Materials 11 Oktyabr 2025 19:21 (UTC +04:00)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi paylaşıb edib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Xəbər lenti

Xəbər lenti