...

AMB-nin maliyyə savadlılığı portalı zənginləşdiriləcək

İqtisadiyyat Materials 11 Oktyabr 2025 13:57 (UTC +04:00)
AMB-nin maliyyə savadlılığı portalı zənginləşdiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə savadlılığı portalı zənginləşdiriləcək.

Trend-in məlumatına görə, mövcud Maliyyə Savadlılığı Portalı (bizimpullar.az) və Virtual Təhsil Platforması (edu.e-cbar.az) əsasında Vahid Platformanın yaradılıb istifadəyə verilməsi işləri aparılacaq.

Layihə "Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq həyata keçiriləcək.

Belə ki, AMB artıq bununla bağlı müvafiq işlərə start verib.

Tənzimləyici qurum sözügedən işlərin icrasının 273,3 min manata başa gələcəyinin proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti