...

Sumqayıtda yaşayış binasında yanğın baş verib (VİDEO)

Hadisə Materials 11 Oktyabr 2025 19:58 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış bir uşaq və iki qadın FHN-in xüsusi texnikası – avtonərdivan vasitəsilə xilas edilib.

Xəbər lenti

Xəbər lenti