...

Aktauda keçirilən Açıq Asiya Turnirində cüdoçularımız 6 medal qazanıblar (FOTO)

İdman Materials 11 Oktyabr 2025 20:46 (UTC +04:00)
Aktauda keçirilən Açıq Asiya Turnirində cüdoçularımız 6 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

Trend xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü medal qazanıb.

Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Hüseyn Allahyarov (-60 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş medala sahib olublar. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medal qazanıblar.

Milli komandamız Açıq Asiya Turnirində 25 cüdoçu ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti