Bakı. Trend:
Almaniyanın Gisen şəhərinin (Hessen federal əyaləti) mərkəzi meydanında naməlum şəxs ətrafdakılara atəş açıb, nəticədə bir neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə DPA agentliyi yerli polis nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, insident yerli vaxtla saat 15:10 radələrində (Bakı vaxtı ilə 17:10) bukmeker kontorlarından birinin yaxınlığında baş verib.
Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir, lakin hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükə olmadığını açıqlayıb. Onun tutulması istiqamətində əməliyyat davam etdirilir.
Hələlik əlavə təfərrüatlar açıqlanmamışdır.