...

Rusiyada qayıqla gəminin toqquşması nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 21:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətinin Listvyanka kəndi yaxınlığında sürətli qayıqla gəminin toqquşması nəticəsində üç nəfər həyatını itirib, bir nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi özünün Telegram kanalında məlumat yayıb.

“İlkin məlumata görə, qayığın göyərtəsində beş nəfər olub. Toqquşma nəticəsində bir nəfər yaralanıb, üç nəfər ölüb, daha bir sərnişinin axtarışları davam edir. Gəminin göyərtəsində olan doqquz nəfər xəsarət almayıb”, – məlumatda qeyd olunur.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti