Bakı. Trend:
Ukrayna Prezidenti Volodimr Zelenski və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Trampı Yaxın Şərq müharibəsinin həll olunması münasibətilə təbrik edib.
Tərəflər həmçinin Ukraynanın hava müdafiəsinin gücləndirilməsi barədə müzakirələr aparıblar.
Zelenski açıqlamasında bildirib ki, əgər Tramp Yaxın Şərqdə müharibəni dayandıra bildisə, o zaman Ukraynadakını da mütləq sona çatdırar.
O, söhbətin çox məhsuldar keçdiyini deyib.