Bakı. Trend:
Paytaxtın Xəzər və Qaradağ rayonlarındada iki nəfərin bank kartından oğurluq edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon sakinləri polisə müraciət edərək kartlarından pul vəsaitlərinin talandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov saxlanılıblar.
Araşdırmalar davam etdirilir.