Bakı. Trend:
"Real Madrid"in hücumçusu və Fransa yığmasının kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə oyunu buraxacaq.
Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi məşqçilər korpusuna istinadən bildirib.
Məlumata əsasən, Mbappe oktyabrın 10-da Azərbaycanla ev oyununda sağ topuq nahiyəsindən aldığı zədə səbəbindən oktyabrın 13-də keçiriləcək oyunda iştirak etməyəcək. Oktyabrın 4-də futbol üzrə İspaniya çempionatının səkkizinci turu çərçivəsində “Vilyarreal”la oyunda o, eyni zədəni alıb.