...

Tramp Misirə səfəri zamanı Qəzza sammiti keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 22:49 (UTC +04:00)
Tramp Misirə səfəri zamanı Qəzza sammiti keçirməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı Qəzza zolağında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrin liderləri ilə görüş keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, prezident Tramp gələn həftə Misirə səfəri zamanı Qəzza ilə bağlı dünya liderləri ilə zirvə görüşü keçirməyi planlaşdırır. Bildirilib ki, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Görüşü Misir prezidenti Əbdülfəttah əs-Sisi təşkil edir.

ABŞ rəsmi mənbələri “Trampın sammitdə iştirak etməyi planlaşdırdığını” qeyd edib. Görüş oktyabrın 13 və ya 14-də Şarm əl-Şeyxdə baş tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti