...

U-17 millimiz bu gün İsraillə qarşılaşacaq

İdman Materials 11 Oktyabr 2025 11:35 (UTC +04:00)
U-17 millimiz bu gün İsraillə qarşılaşacaq

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Trend xəbər verir ki, IX qrupda mübarizə aparan yığmamız Fransanın Sen-Pol-le-Daks şəhərində İsrail U-17 komandası ilə üz-üzə gələcək.

“Park de Sport” stadionunda keçiriləcək qarşılaşma 11 oktyabrda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər briqadası:
Baş hakim – Marius Hansen Qrotta (Norveç)
Köməkçilər – Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim – Gillaume Paradis (Fransa)

Xəbər lenti

Xəbər lenti