...

Bu küçədə hərəkət birtərəfli təşkil edilib (VİDEO)

Hadisə Materials 11 Oktyabr 2025 15:25 (UTC +04:00)
Bu küçədə hərəkət birtərəfli təşkil edilib (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində AYNA-nın mütəxəssisləri tərəfindən təhlillər aparılaraq yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.

Trend Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadənxəbər verir ki, monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Bildirilib ki, sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınaraq, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşkili məqsədəuyğun hesab edilib.

Xəbər lenti

Xəbər lenti