Bakı. Trend:
Fransa milli komandasının heyətində dəyişiklik edilib.
Trend xəbər verir ki, "Liverpul"un müdafiəçisi İbrahima Konate zədə səbəbindən yığmanın düşərgəsini tərk edib.
Onu "Marsel"də çıxış edən Benjamin Pavar əvəzləyib.
Qeyd edək ki, Fransa seçməsi oktyabrın 13-də səfərdə İslandiyanın qonağı olacaq.