...

“Real Madrid” Erlinq Halandın transferi ilə maraqlanır

İdman Materials 11 Oktyabr 2025 22:45 (UTC +04:00)
“Real Madrid” Erlinq Halandın transferi ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Real Madrid” “Mançester Siti”nin hücumçusu Erlinq Halandın nümayəndələri ilə əlaqə saxlayaraq, onun İspaniya nəhənginə keçidi imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.

Madridlilər hücumçu Vinisius Junioru adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna 250 milyon avroya satmağı nəzərdən keçirirlər. “Real Madrid” bu transferdən əldə ediləcək gəliri Halandın alınmasına yönəldə bilər.

Xəbər lenti

Xəbər lenti