Bakı. Trend:
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununu keçirib.
Trend xəbər verir ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Park de Sport” stadionunda keçirilən görüşdə Azərbaycan millisi 1:5 hesabı ilə uduzub.