...

DÇ-2026: Türkiyə millisi Bolqarıstanı darmadağın etdi

İdman Materials 12 Oktyabr 2025 01:00 (UTC +04:00)
DÇ-2026: Türkiyə millisi Bolqarıstanı darmadağın etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 7-ci turun görüşləri davam edir.

Trend xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün 4 qrupda 8 oyun keçirilib.

Türkiyə millisi səfərdə Bolqarıstan yığmasını darmadağın edib. Qonaqlar 1:6 hesabı ilə qalib gəliblər. Türkiyənin qollarını A.Gülər (11-ci dəq), V.Popov (49-cu dəq.) (ö.q), K.Yıldız (51-ci dəq.), (56-cı dəq.), Z.Çelik (65-ci dəq.), İ.C.Kahveci (90+3-cü dəq.) vurublar. Meydan sahiblərinin heyətində isə R.Kirilov (13-cü dəq.) fərqlənib.

İspaniya yığması Elçe şəhərindəki “Manuel Martines Valero” stadionunda Gürcüstanı 2:0 hesabı ilə məğlub edib. 24-cü dəqiqədə Yeremi Pino hesabı açıb, 64-cü dəqiqədə isə Mikel Oyarsabal fərqi artırıb. 29-cu dəqiqədə Ferran Torres penalti imkanından yararlana bilməyib – onun zərbəsini Giorgi Mamardaşvili dəf edib.

Portuqaliya millisi Lissabondakı “Estadio Jose Alvalade” stadionunda İrlandiyaya qarşı mübarizə aparıb. 75-ci dəqiqədə Kriştiano Ronaldo penaltidən hesabı açmaq şansını qaçırıb – qapıçı Kivin Kelleher zərbəni ayağı ilə dəf edib. Oyunun taleyini 90+1-ci dəqiqədə Ruben Neveşin vurduğu yeganə qol həll edib – 1:0.

17:00 Latviya - Andorra 2:2
20:00 Norveç - İsrail 5:0
20:00 Macarıstan - Ermənistan 2:0
22:45 Serbiya - Albaniya 0:1
22:45 Estoniya - İtaliya 1:3
22:45 Portuqaliya - İrlandiya 1:0
22:45 İspaniya - Gürcüstan 2:0
22:45 Bolqarıstan - Türkiyə 1:6

Xəbər lenti

Xəbər lenti