...

Misirdə 8-ci Qahirə Su Həftəsi keçiriləcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 01:40 (UTC +04:00)
Misirdə 8-ci Qahirə Su Həftəsi keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 12-dən 16-dək Misirdə “İqlim dəyişikliyinə uyğunlaşma və suyun davamlılığı üçün innovativ həllər” devizi altında 8-ci Qahirə Su Həftəsi təşkil olunacaq.

Trend xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, mütəxəssislər və 100-ə yaxın beynəlxalq, regional təşkilatın nümayəndələri iştirak edəcəklər.

Proqram çərçivəsində 125 sessiya, plenar görüşlər və texniki seminarlar keçiriləcək. Əsas tədbirlər sırasında Dünya Su Şurasının İdarə Heyətinin iclası, İslam Su Ehtiyatlarının İdarə Edilməsi Şəbəkəsinin 37-ci Baş Assambleyası, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının 50 illiyi və digər beynəlxalq toplantılar yer alır.

Həftə ərzində həmçinin Ərəb Ölkələri Liqasının Su və Kənd Təsərrüfatı üzrə komitəsinin iclası, Avropa İttifaqının “Suya investisiya və maliyyələşdirmə” konfransı və Misir–Niderland Su Forumu keçiriləcək.

Tədbir çərçivəsində su ehtiyatlarının idarə olunması üzrə elmi tədqiqatlar və innovativ həllərin təqdimatı, həmçinin bu sahədə müsabiqələr də baş tutacaq. Qahirə Su Həftəsi sərgisində 22 şirkət və təşkilat su və iqlim texnologiyalarını nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti