...

Efiopiyada 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 21:34 (UTC +04:00)
Efiopiyada 5,5 bal gücündə zəlzələ olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 500 mindən çox insanın yaşadığı Mek'ele şəhərindən 51 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti