...

HƏMAS Qəzza zolağına xarici nəzarəti rədd edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 05:54 (UTC +04:00)
HƏMAS Qəzza zolağına xarici nəzarəti rədd edib

Bakı. Trend:

Fələstinin "HƏMAS", "İslam Cihadı" və Fələstinin Qurtuluşu Xalq Cəbhəsi hərəkatları anklavdakı münaqişə həll edildikdən sonra Qəzza zolağına xarici nəzarət ideyasını rədd etdiklərini bəyan ediblər.

Trend-in məlumatına görə, bu barədə onların birgə bəyanatında bildirilib.

"Biz hər hansı xarici himayəsindən qəti şəkildə imtina etdiyimizi vurğulayırıq və Qəzza zolağının idarə formasının və onun təsisatlarının fəaliyyət prinsiplərinin müəyyən edilməsinin xalqımızın milli qüvvələri tərəfindən birgə müəyyən edilməli olan Fələstinin daxili işi olduğunu bir daha təsdiqləyirik", - deyə qeyd olunub.

Eyni zamanda, onlar Qəzza zolağında “bərpa, yenidənqurma və inkişafa dəstək sahələrində ərəb və beynəlxalq iştirakdan faydalanmağa” hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti