...

İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna zərbələr endirib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 05:18 (UTC +04:00)
İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu Livanın cənubundakı "Hizbullah" təşkilatına məxsus infrastruktura zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail ordusu Livanın cənubundakı ərazidə "Hizbullah" infrastrukturunun bərpası üçün istifadə edilən mühəndis avadanlıqlarının yerləşdiyi terror infrastrukturuna zərbələr endirib və onu məhv edib", - deyə qeyd olunub.

Bildirilib ki, bu bölgədə "Hizbullah" texnikasının və fəaliyyətlərinin olması İsrail və Livan arasında razılaşmaların pozulmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti