...

“İnter Mayami” Neymar ilə maraqlanır

İdman Materials 11 Oktyabr 2025 18:41 (UTC +04:00)
“İnter Mayami” Neymar ilə maraqlanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ klubu "İnter Mayami" Braziliyanın "Santos" komandasının hücumçusu Neymarın transferi imkanlarını nəzərdən keçirir.

Trend-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, hələlik tərəflər arasında rəsmi danışıqlar başlanmayıb.

Bildirilib ki, mümkün razılaşma 2026-cı ildə ABŞ-d' keçiriləcək Dünya Çempionatı ərəfəsində klub üçün strateji baxımdan faydalı ola bilər.

Məlumata əsasən, "İnter Mayami" həmçinin Lionel Messi və Luis Suaresin komandada qalması üçün onların müqavilələrini uzatmağı planlaşdırır. Qeyd edək ki, bu üç futbolçu 2014–2017-ci illərdə "Barselona"nın heyətində çıxış edərək ümumilikdə 364 qol vurub və 173 məhsuldar ötürmə ilə yadda qalıblar.

Xəbər lenti

Xəbər lenti