...

ING Türkiyədə 2028-ci ilə qədər inflyasiya proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 11 Oktyabr 2025 09:39 (UTC +04:00)
ING Türkiyədə 2028-ci ilə qədər inflyasiya proqnozlarını açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

Trend xəbər verir ki, analitiklərin təxminlərinə əsasən, 2025-ci ildə illik inflyasiya səviyyəsi 34,8 faiz, 2026-cı ildə 23,5 faiz, 2027-ci ildə isə 17,6 faizədək enəcək.

Rüblük göstəricilərə görə, 2025-ci ildə inflyasiyanın üçüncü rübdə 33,3 faiz, dördüncü rübdə isə 30,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Türkiyə Statistika İnstitutunun (TurkStat) məlumatına görə, 2024-cü ilin sentyabr ayında ölkədə illik inflyasiya 33,29 faiz təşkil edib. Bu rəqəm avqustdakı 32,95 faizlik göstəri müqayisədə artaraq, təxminən 32,5 faiz səviyyəsində gözlənilən proqnozu üstələyib.

Qeyd olunur ki, qiymət artımının ən yüksək tempi illik ifadədə təhsil sektorunda (66,1%), yaşayış sektorunda (51,36%), eləcə də qida məhsulları və alkoqolsuz içkilər üzrə (36,06%) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti