...

Makron Lekornyunu yenidən Fransanın baş naziri təyin edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 01:14 (UTC +04:00)
Makron Lekornyunu yenidən Fransanın baş naziri təyin edib

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Sebastyan Lekornyunu yenidən ölkənin baş naziri təyin edib.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalı Yelisey Sarayının açıqlamasına istinadən bildirib.

"İlin sonuna qədər Fransanı büdcə ilə təmin etmək və soydaşlarımızın gündəlik problemlərini həll etmək üçün mümkün olan hər şeyi etmək üçün respublika Prezidentinin mənə həvalə etdiyi missiyanı öz borcum kimi qəbul edirəm", - deyə S.Lekornyu sosial şəbəkə hesabında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti