Bakı. Trend:
Türkiyədə törədilmiş cinayətlərlə əlaqədar axtarışda olan “Don Vito” ləqəbli narkobaron Abdullah Alp Üstün və onun cinayətkar təşkilatının üzvü Hasan Lala adlı şəxs Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb və bu gecə Türkiyəyə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikaya öz “X” səhifəsində məlumat verib.
“Beynəlxalq səviyyədə qırmızı bülletenlə axtarışda olan "Don Vito" ləqəbli narkotik baronu Abdullah Alp Üstün və təcili axtarış bildirişi ilə beynəlxalq səviyyədə axtarışda olan narkotiklə əlaqəli mütəşəkkil cinayət təşkilatının üzvü Hasan Lala adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərində yaxalanması və bu səhər erkən saatlarda ölkəmizə təhvil verilməsi təmin edilib”, - deyə məlumatda qeyd olunur.