Bakı. Trend:
Norveç Nobel İnstitutu Sülh mükafatı laureatının adının mümkün sızmasını araşdırır.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər verib.
Məlumata əsasən, səbəb 2025-ci il laureatı elan edilməzdən bir neçə saat əvvəl müxalifətçi keçmiş Venesuela parlamentinin üzvü Mariya Korina Maçadonun xeyrinə onlayn mərclərin kəskin artması olub. Nobel İnstitutu Norveç mətbuatının məsələ ilə bağlı araşdırmaya başladığı barədə xəbərlərini təsdiqləyib.
Qeyd edilib ki, dünyanın ən böyük proqnoz bazarlarından biri olan "Polymarket"də Maçado lehinə əmsal nəticələr elan olunmazdan bir gün əvvəl 3,7 faiz olub, ancaq bir neçə dəqiqə ərzində 31,5 faizədək yüksəlib.