...

Almaniya kansleri Qəzza ilə bağlı razılaşmanın imzalanmasında iştirak edəcək

Siyasət Materials 11 Oktyabr 2025 16:07 (UTC +04:00)
Almaniya kansleri Qəzza ilə bağlı razılaşmanın imzalanmasında iştirak edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Qəzza ilə bağlı razılaşmanın imzalanma mərasimində iştirak edəcək

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya kansleri oktyabrın 13-də Misiri ziyarət etməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, tədbir Qahirədə deyil, Şarm əl-Şeyxdə baş tutacaq ki, bu da qonaqların təhlükəsizliyini təmin etməyi asanlaşdırmaq məqsədi daşıyır.

Mərasimdə həmçinin ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corca Meloni də iştirak edəcəklər.

Liderlər Qəzza ilə bağlı razılaşmanı onun icrasına zəmanət verən tərəflər kimi imzalayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti