...

Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı

İqtisadiyyat Materials 11 Oktyabr 2025 12:17 (UTC +04:00)
Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

Trend xəbər verir ki, “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,43 ABŞ dolları və ya 0,6 faiz azalaraq bir barel üçün 69,14 dollar təşkil edib.

Həftə ərzində maksimum qiymət bir barel üçün 70,12 dollar, minimum qiymət isə 66,36 dollar səviyyəsində olub.

Türkiyənin Ceyhan limanında FOB bazası üzrə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 67,51 dollar olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,52 dollar və ya 0,8 faiz azdır. Həftə ərzində maksimum qiymət 68,54 dollar, minimum qiymət isə 64,73 dollar təşkil edib.

“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,2 dollar və ya 0,4 faiz azalaraq bir barel üçün 54,42 dollar səviyyəsində müəyyənləşib. Həftə ərzində maksimum qiymət 55,72 dollar, minimum qiymət isə 52,18 dollar olub.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 67,02 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,32 dollar və ya 0,5 faiz azdır. Həftə ərzində maksimum qiymət 68,33 dollar, minimum qiymət isə 64,74 dollar səviyyəsində qeydə alınıb.

Neft/tarix

06.10.2025

07.10.2025

08.10.2025

09.10.2025

10.10.2025

Orta qiymət

Azeri LT CIF

$70,12

$69,87

$70,08

$69,25

$66,36

$69,14

Azeri Light FOB Ceyhan

$68,54

$68,24

$68,44

$67,62

$64,73

$67,51

Urals (EX NOVO)

$54,66

$54,47

$55,72

$55,06

$52,18

$54,42

Dated Brent

$67,30

$67,07

$68,33

$67,66

$64,74

$67,02

Məqalədə:
Xəbər lenti

Xəbər lenti