Bakı. Trend:
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” yaxın illər üçün Türkiyədə ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarını dərc edib.
Bu barədə Trend xəbər verir.
Sənədə əsasən, 2025-ci ildə ölkənin iqtisadiyyatı 3,3 faiz böyüyəcək, 2026-cı ildə isə iqtisadi artım 4 faiz təşkil edəcək. 2027-ci ildə isə iqtisadi artım tempinin 4,5 faizə çatacağı proqnozlaşdırılır.
Rüblər üzrə bölgüyə əsasən, ING 2025-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımının 3 faizə qədər yüksələcəyini, dördüncü rübdə isə 3,2 faizə çatacağını proqnozlaşdırır.
Qeyd edək ki, Türkiyənin Statistika İnstitutunun məlumatlarına əsasən, Türkiyədə iqtisadi artım cari ilin ikinci rübündü 4,8 faiz təşkil edib.
Zəncirvari həcm indeksinə görə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz yüksəlib.
İstehsal üsulu ilə hesablandıqda, ÜDM cari qiymətlərlə 2024-cü ilin eyni rübü ilə müqayisədə 43,7 faiz artaraq 14 trilyon 578 milyard 556 milyon Türkiyə lirəsinə çatıb. ABŞ dolları ifadəsində isə ikinci rübdə ÜDM 377 milyard 622 milyon dollar təşkil edib.