...

Beynəlxalq qüvvələr oktyabrın 12-də Qəzza zolağına yerləşdiriləcək

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 04:06 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq qüvvələr oktyabrın 12-də atəşkəsə nəzarət etmək üçün Qəzza zolağına yerləşdiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı Amerika rəsmisinə istinadən xəbər verib.

Onun sözlərinə görə, Amerika hərbçilərinin də daxil olacağı bu qüvvələr “atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək”. O vurğulayıb ki, “Amerika qoşunlarının Qəzzəyə gəlişi bazar günü səhər baş verəcək”.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, Qəzzada sabitləşdirmə üzrə beynəlxalq qüvvələrinin missiyası “hümanitar yardımın çatdırılmasının təşkili, əməliyyat məsələləri və təhlükəsizlik dəstəyinin təmin edilməsi vəzifələrinə daxil olan mülki-hərbi koordinasiya mərkəzinin yaradılması” olacaq.

Xəbər lenti

Xəbər lenti