...

Meksikada daşqınlar nəticəsində 23 nəfər həlak olub

Hadisə Materials 11 Oktyabr 2025 07:37 (UTC +04:00)

Bakı. Trend:

Meksikada aramsız yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hazırda 32 ştatdan 31-də intensiv yağış yağır.

Trend-in məlumatına görə, bu barədə “Reuters” Mülki Müdafiə təşkilatına istinadla məlumat yayıb.

Ən ağır vəziyyət Verakruz və Hİdalqo ştatlarındadır. Təbii fəlakət azı 23 nəfərin həyatına son qoyub. Ölənlərin sayının artacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti