Bakı. Trend:
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot Layihəsindən ilkin olaraq 3000 nəfərin yararlanması nəzərdə tutulub.
Trend xəbər verir ki, bu sözləri "Push30" şirkətinin baş icraçı direktoru Adil Qasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot Layihəsinin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumiyyətlə, layihə ilə bağlı çox yaxşı fikirlər alınıb:
"Gözlədiyimizdən artıq müraciətlər qəbul olunub. Bugünkü tədbirə də bu qədər marağın göstərilməsi və bu qədər iştirakçının burada olması məni çox sevindirir. Bu onu göstərir ki, bizim çox dəyərli Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə birlikdə həyata keçirdiyimiz bu layihə artıq bəhrəsini verir. Təbii ki, tədbirdən sonra daha dəqiq rəqəmlər məlum olacaq".
O vurğulayıb ki, bu layihə prinsipial xarakter daşıyır.
"Bildiyiniz kimi, təhsil işçilərinin işi çox səbir tələb edir və biz çox istəyirik ki, onların həyatına balans və enerji gətirək. Ona görə, nə qədər çox insan olsa, bir o qədər yaxşı olar. İlk mərhələdə biz 3 min nəfəri nəzərdə tutmuşuq. Düşünürük ki, bu rəqəmləri istədiyimiz səviyyəyə çatdıra bilərik"- deyə Adil Qasımov əlavə edib.