...

Azərbaycan “Sülh Sammiti”nə dəvət olunub

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 01:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub.

Trend xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.

“ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək dəvət olunanların siyahısını xeyli genişləndirib”, – deyə jurnalist bildirib.

Xəbər lenti

Xəbər lenti