Bakı. Trend:
Kaliforniya ştatının Hantinqton-Biç şəhərindəki çimərlik yaxınlığında helikopter qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Ən azı beş nəfər yaralanıb – ikisi helikopterdə, üçü isə yerdə olub və xəstəxanaya yerləşdirilib. Şahidlərin lentə aldığı görüntülərdə helikopterin idarə olunmadan fırlanaraq yerə düşdüyü görünür.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.